KÖŞƏ

Vəli İlyasov

Mən müharibənin nə olduğunu bilirəm

09 dekabr 2019 20:28
735

Erməni polkovnik qorxduğunu etiraf etdi

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə və digər yeddi rayona Ermənistan qoşunlarının dislokasiya olunması hələ qələbə demək deyil. Yeni müharibənin başlana biləcəyi ehtimalı bölgədəki hərbi hissələrdə daim vahimə yaradır.

Ehtiyatda olan polkovnik, Dağlıq Qarabağı işğal edən erməni hərbi birləşmələrindən birinin komandiri olmuş polkovnik Arkadi Karapetyan erməni mətbuatına açıqlamasında, müharibənin bərpa olunmasından qorxduğunu etiraf edib.

Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan döyüşçülərinin şücaətinin canlı şahidi olmuş erməni hərbçi müharibənin bərpa olunma ehtimalının nə Ermənistandan, nə də onun siyasətindən asılı olduğunu qeyd edib. “Müharibə başlasa, biz heç nə edə bilməyəcəyik. Hətta türklərə (azərbaycanlılar nəzərdə tutulur) “Biz sizə təslim oluruq” desək belə, onlar bizi məhv edəcəklər”, - deyə erməni polkovnik vurğulayıb.

Arkadi Karapetyan çox yaxşı dərk edir ki, Qarabağda döyüşlərin bərpa olunacağı təqdirdə Sovet İttifaqı dövründən fərqli olaraq, İrəvana heç kim kömək etməyəcək. O, Azərbaycan torpaqlarının üçüncü qüvvələrin dəstəyi sayəsində işğal edildiyini anlayır. Karapetyan özü bütün bunların şahidi olub. Arkadi Karapetyan Qarabağda hərbi hissə komandiri olarkən Azərbaycanın cəsur oğullarının qəzəbini hiss edib və indi onun qorxuya düşməsi anlaşılandır. “Mən müharibənin nə olduğunu bilirəm, mən sülh istəyirəm və qarşı tərəfin nəyə qadir olduğunu bilirəm”, - deyə polkovnik Karapetyan qeyd edib.

Əlbəttə, “müharibənin nə olduğunu bilirəm” deyən başkəsən cəllaq özü çox qanlar töküb, günahsız azərbaycanlıların vəhşiliklə qətlə yetirilməsinə şəxsən başçılıq edib. Ona görə də qarşı tərəfin qisasından qorxur.

Daha sonra erməni zabit azərbaycanlıların ermənilərə qucaq açdıqları, onları öz doğma torpaqlarında məskunlaşdırıb, yedizdirib-içizdirdikləri zaman belə ermənilərin istənilən zaman arxadan zərbə endirməyə hazır olduqlarını da etiraf edib. Polkovnik sətiraltı ifadə edib ki, erməniləri azərbaycanlılarla düşmənçiliyə təhrik edən qüvvələr var. Həmin qüvvələr öz mənafelərini təmin etmək üçün ermənilərdən istifadə edirlər.

O, bunu belə ifadə edib: “Sovet İttifaqi dövründə biz türklərlə dostlaşdıq, ancaq əlimizdən dəyənəyi yerə qoymadıq”. Əlbəttə, xəyanətkarlıq bu millətin qanındadır, yüz illərdir ki, müalicəsi tapılmayan “erməni xəstəliyi”ndən əziyyət çəkirlər. Karapetyan bu fikri açıq dilə gətirməsə də dolayısı ilə ifadə edib.

Məlumat üçün bildirək ki, Arkadi Karapetyan Daşnaksütyun Partiyasının sıralarında olub. “Erməni xəstəliyi”nə” də həmin terror təşkilatının sıralarında olarkən yoluxub. O, 1990-1992-ci illər ərzində Dağlıq Qarabağa qətllər törədən quldur dəstəsinin komandiri kimi “fəal” olub və hazırda da Ermənistan Respublikası Veteranlar Birliyinin sədridir.

Onun sözlərindən də göründüyü kimi, öz silahlı qüvvələrinə inamı yoxdur. Əvvəllər erməni ordusunun məğlubedilməzliyi barədə mif 2016-cı ilin aprelində iflasa uğrayandan sonra düşmən cəbhədə qorxu hakim olub. Onlar əyani olaraq gördülər ki, ən möhkəm hesab etdikləri sədd Azərbaycan Ordusunun bir həmləsi ilə cəmi iki saat müddətində darmadağın edildi. Odur ki, həmin vaxtdan sıravi əsgərdən tutmuş generaladək hamı bunu etiraf edir və yaxınlaşan təhlükənin vahiməsindən yaxa qurtara bilmir. Polkovnik Arkadi Karapetyanın sülh istəməsi bu vahimədən irəli gəlir.

Yaqut Ağaşahqızı
Biz birlikdə güclüyük!
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?