07 iyun 2019 11:21
429

Məleykədən Niyaməddin Musayev haqqında ilginc iddia

Xalq artisti Məleykə Əsədova “Dalğa” TV-də yayımlanan “Gün ortası Zümrüdlə” proqramında Niyaməddin Musayevin sirrini açıqlayıb.

"İki sahil" Teleqraf.com-a istinadən xəbər verir ki, o, Xalq artistinin illərdir yoqa ilə məşğul olduğunu bildirib:

“2001-ci ildə Kiprdə dövlət televiziyası günü keçirilirdi. Sənət adamları ilə birlikdə Kiprə getmişdik. Səhər tezdən Mailə Muradxanlı çağırdı ki, buraya gəlin. Niyaməddin Musayev səhər saat 6-da oyanıb, dəniz kənarında çimərlik geyimində yoqa ilə məşğul olurdu. Ona görə Niyaməddin müəllim belədir. Nə qədər çağırırdıq, gəlmirdi, yerində qalmışdı”.

Musayev isə hər səhər yoqa ilə məşğul olduğunu etiraf edib.