10 iyul 2019 19:53
122

Məhkəmə Jerar Pikeni 2 milyon avro məbləğində cərimələyib

İspaniya məhkəməsi Jerar Pikeni 2 milyon avro məbləğində cərimələyib

İspaniya məhkəməsi “Barselona” futbol klubunun müdafiəçisi Jerar Pike ilə bağlı qərarını açıqlayıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 32 yaşlı futbolçu 2008-2010-cu illərdə reklam gəlirləri üzrə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün məhkəmə tərəfindən cəzalandırılıb. Qərara əsasən, ispaniyalı müdafiəçi 2 milyon avro məbləğində cərimələnib.