17 oktyabr 2019 16:01
129

Mədinə şəhərində avtobus qəzasında 35 nəfər ölüb

Səudiyyə Ərəbistanın Mədinə şəhərindən 170 kilometr aralıda yerləşən Hicrədə baş vermiş avtobus qəzasında 35 zəvvarın öldüyü, daha 4 nəfərin ağır yaralandığı bildirilir. AZƏRTAC rəsmi SPA informasiya agentliyinə istinadla xəbər verir ki, faciə qurbanları Böyük Britaniya və Asiya ölkələrinin vətəndaşlarıdır.

Mədinə polisinin məlumatında bildirilir ki, zəvvarları daşıyan avtobus yük maşını ilə toqquşaraq alovlanıb. Zəvvarlar bu şəhərdəki Məhəmməd Peyğəmbər məscidini ziyarətdən qayıdırmış. Yaralılar Mədinədəki Al Hamna hospitalına çatdırılıb. Polis ağır yol-nəqliyyat qəzası ilə bağlı təhqiqat aparır.