09 oktyabr 2019 20:39
733

Mayk Tayson: “Ailəmiz belə zənginlik görməyib”

Əfsanəvi boksçu Mayk Tayson UFC üzrə iki çəki dərəcəsində sabiq dünya çempionu Konor Makqreqora müraciət ünvanlayıb. 

APA-nın məlumatına görə, o, pabda yaşlı kişini döydüyü üçün məhkəmə özünə çıxacaq həmyerlisinə məsləhət verib. 

M. Tayson bildirib ki, 6 aya qədər həbs gözləyən amerikalı döyüşçü daha təmkinli olmalıdır: “Konor özündən niyə belə etdiyini soruşmalıdır. Bu cür problemlərin yolunu biz bilmirik. Birdən milyonlarla dollar qazanmağa başlayırıq. Bizim heç vaxt bu qədər pulumuz olmayıb. Ailəmiz belə zənginlik görməyib. Təmkin yox, bu durumda nə etmək anlayışı yox. Hətta düşünməyə başlayırsan ki, bütün bunlara layiq deyilsən”.

Qeyd edək ki, K. Makqreqor həbslə yanaşı, 1500 dollar cərimə də oluna bilər.