24 fevral 2020 12:20
1132

Maşın qiymətinə satıldı

Türkiyənin Artvin və ona yaxın bölgələrdə keçirilən buğa döyüşlərində çempion olmuş 650 kiloqram ağırlığında olan 7 yaşlı  “Rasgow” adlı buğa sahibi tərəfindən 45 min lirəyə satılıb. Buğanı alan Ramazan Eksilmez “Buğa döyüşləri mənim üçün bir hobbidir” dedi.

“İki sahil” xəbər verir ki, hər il ənənəvi olaraq Artvinin mərkəzində və rayonlarında təşkil edilən “buğa döyüşləri” bölgədə mühüm əhəmiyyət kəsb edir. “Buğa döyüşləri” 6 kateqoriyada keçirilən çox populyar bir yarışdır. Əvvəlki “buğa döyüşləri”ndə dəfələrlə qalib olmuş 7 yaşlı və çəkisi 650 kiloqram olan “Rasgow” adlı öküzü 45 min lirəyə Hızır Çavuşoğlu Ramazan Eksilmezə 45 min liraya satıb.

Buğaçılığın bir həvəs olduğunu deyən Hızır Çavuşoğlu bildirib ki, “Buğa döyüşləri” əcdadlarımızdan qalan bir ənənədir: “Mən onlarla vaxt keçirməyi sevirəm. Bu mənim üçün bir hobbidir.”

Ramazan Eksilmez buğanı Borçka rayonunun Azure kəndinə aparıb və “Rasgow”u xüsusi bir tövləyə bağlayıb.