18 iyun 2019 20:49
490

"Mançester Yunayted"dən Poqbaya fantastik təklif

"Mançester Yunayted" aparıcı futbolçusu Pol Poqbanı komandada saxlamaq niyyətindədir.

Qol.az xəbər verir ki, mankunyanlar bu məqsədlə fransalı yarımmüdafiəçinin 290 min funt-sterlinq olan məvacibini 2 dəfəyə yaxın artırmağa hazır olduğunu bildirib. Klub rəhbərliyi 26 yaşlı oyunçuya həftəlik 500 min funt-sterlinq təklif edib. Əgər Poqba komandada qalmağa razılıq versə, Aleksis Sançeslə birlikdə "qırmızı şeytanlar"ın ən yüksək ödənişli futbolçusu olacaq.

Qeyd edək ki, Poqba ilə "Real", PSJ və "Yuventus" yaxından maraqlanır. Futbolçu özü isə "kral klubu"nda oynamaq istəyir.