14 fevral 2020 17:02
1305

Mahnı oxuyaraq cəzadan azad oldu

Yeni Zelandiyada normadan artıq spirtli içki qəbul edərək nəqliyyat vasitəsi idarə etdiyi üçün məhkəməyə çıxarılan Aleksander Qrant üzrxahlıq mahnısını oxuyaraq hakimin diqqətini cəlb edib.

“İki sahil” xəbər verir ki, o, spirtli içki qəbul etməsinə baxmayaraq dostlarının israrı ilə nənəsinin avtomobilini götürüb yemək almağa gedib. 18 yaşlı gənc yol polisi əməkdaşlarının diqqətini cəlb edib. Müayinə zamanı normadan 4 dəfə artıq spirtli içki içdiyi müəyyən edilib.

A.Qrant spirtli içki qəbul zaman nəqliyyat vasitəsi idarə etməyəcəyinə tövbə etdiyini bildirib.