10 iyul 2019 16:10
200

Lyonda inkassator avtomobilinə hücum ediblər

Lyonda silahlı qrup şəhər aeroportu istiqamətində irəliləyən iki zirehli furqon-inkassator avtomobilinə hücum ediblər.

AZƏRTAC xəbər verir ki, canilər boş olan inkassator avtomobilinə səhvən hücum ediblər. Avtomobildə olan üç nəfərdən ikisi yüngül yaralanıb.

Naməlum silahlılar öz avtomobillərini hadisə yerində yandıraraq qaçıblar. Hadisə ilə bağlı təhqiqat başlayıb.

Qaçan silahlı şəxslərin axtarışına yerli polis və jandarm qüvvələri, eləcə də vertolyot cəlb olunub.