25 noyabr 2020 19:00
356

“Lukoil” üçüncü rübü uğurla başa çatdırır

 Rusiyanın “Lukoil” enerji şirkəti neftin qiymətlərinin yüksəlməsi ilə itkiləri gəlirə çevirdiyini, cari ilin üçüncü rübündə 50,4 milyard rubl (664 milyon dollar) gəlir əldə etdiyini açıqlayıb. Şirkət xüsusilə ölkə daxilində və İraqda hasilat işlərini sürətləndirdiyini bildirib.

 Xatırladaq ki, “Lukoil” pandemiya və rublun zəifləməsi ilə bağlı olaraq və bundan əlavə, hasilatla bağlı qlobal müqavilənin iştirakçısı olduğuna görə hasilat göstəricilərini aşağı salmışdı.

 Şirkət ilin ikinci rübünü 18,7 milyard rubl itki ilə başa çatdırmışdı. Oktyabr ayının ortalarından etibarən isə İraqdakı “Qərbi Qurna-2” yatağında hasilatı yüksəltdi.

“Lukoil” gəlirlərinin artmasını karbohidrogen qiymətlərinin yüksəlməsi, şirkətin neftayırma zavodlarında daha çox məhsul emalı və ticarət və pərakəndə satış həcmlərinin artması ilə əlaqələndirib.

 Sentyabr ayından isə şirkət Özbəkistandakı qaz aktivlərində işləri fəallaşdırıb.

Nubar Süleymanova,

“İki sahil”