05 fevral 2019 11:06
1319

Loqolardakı gizli mesajlar FOTO

Hər gün rastlaşdığımız məşhur brendlərin loqolarının aparılan araşdırmalar nəticəsində maraqlı mənaları müəyyənləşib. Həmin faktları sizlərə təqdim edirik:

“BMW”: Almaniyaya məxsus avtomobil istehsalçısı olan  bu şirkət ilk yarandığı vaxtlar  təyyarə istehsalı ilə məşğul olub.  Loqodakı iki mavi üçbucaqlı  da göyün üzünün təmsili kimi verilib. Ağ rəngli sərinkeş pərini xatırladan fiqur isə təyyarənin pəri mənasındadır.

“Coca Cola”: Əslində bir Amerikan şirkəti olsa da, loqodakı  O və L hərfinin birləşmə şəkli Danimarkanın bayrağına bənzəyir. Hətta “Coca Cola” danimarkalılara bayraqlarını göstərmək üçün  brendlərini bəzən aşağıdan yuxarıya doğru yazırlar. Qəribə olan budur ki, guya brendi Danimarkalılar yaradıb, “Coco Cola” da bununla qürur duyur.

“Continental”: Avtomobil təkərlərinin istehsalı ilə məşğul olan bu məşhur şirkətin loqosunda C və O hərfləri  bir-birinin içində verilib. Diqqətlə bu birləşməyə baxdıqda onun əslində təkərə oxşadığını görə bilərsiniz.

“VAIO”:  Əvvəllər “SONY” firmasına aid olan tablet, planşet istehsalı ilə məşğul olan bu brendin loqosu da özünəməxsusdur.  VA analoq siqnalları, IO isə rəqəmsal aləmdə məşhur olan 0 və 1 izah edir. Yəni emblem analoq və rəqəmsal aləmin birləşməsini izah edir.

“Sun Microsystems”: Texnologiya aləmindən mühüm yer tutan bu brendin loqosundakı  balaca  U və N hərfləri birləşdikdə “Sun” sözünü əmələ gətirir.

“FedEx”: Məktubun servisində  E və X hərflərinin birləşməsindən yaranan ox işarəsini görürsünüzmü? Bu işarə sizin məktublarınız, digər göndərdiyiniz məlumatların  ünvanına çatdırıldığı anlamını verir.

“Amazon”: Bu brendin loqosundakı hərflərin altında yerləşən sarı oxun A-dan Z-yə qədər uzanması heç də təsadüfi deyil. Belə ki, burada əsas məna onlayn mağazamızda A-dan Z-yə hər bir məhsulu tapıb, ala bilərsiniz mənasını verir. Bu sarı oxu həmdə xüsusi gülümsəmə işarəsinə də oxşayır.

“Gillette”: Təraş məhsulları istehsalı ilə məşğul olan bu məşhur brendin loqosunda özünəməxsus məqamlar var. Belə ki, G və İ hərflərinə diqqətlə baxdıqda onların sanki bıçaqla, kəsici alətlə kəsilmiş kimi bir forması var. Bu şirkətin kəskin təraş məhsulları və bıçaqları istehsal etdiyinə işarədir.

“Cisco”:  Texnoloji aləmdə öz nəhəngliyi ilə seçilən bu brend ABŞ-ın San Frasisko şəhərində yaranıb.  Loqosundakı mavi xətlər də məhz bu şəhərin məşhur körpüsünü simbolizə edir.

“Toblerone”: Məşhur şokolad brendi İsveçrənin Bern  şəhərində yaradılıb. Bu şəhərə bəzən “şəhərlərin ayısı” da deyilir. Loqoda yer alan  dağ şəklinin üzərində də məhz ağ ayı təsvir olunub.

“Carrefour”: Bu fransız markasını yəqin ki, tanımayan yoxdur.  Fransanın nəhəng mağaza brendinin loqosu fransızcada kəsişən yollar anlamına gəlir. Loqodakı oxlar da buna işarə edir. İki ox arasındakı ağ boşluq isə böyük C hərfini xatırladır.

Yaqut Ağaşahqızı, “İki sahil”