12 iyul 2019 16:13
86

Litvanın yeni Prezidenti vəzifəsinin icrasına başlayıb

Litvanın yeni seçilmiş Prezidenti Gitanas Nauseda iyulun 12-də keçirilmiş andiçmə mərasimindən sonra vəzifəsinin icrasına başlayıb.

AZƏRTAC xəbər verir ki, səhər saatlarında keçirilən mərasimdə Litva Prezidenti ölkə Konstitusiyasına əl basaraq vicdanlı və düzgün qərarlar ilə ölkəni idarə edəcəyi barədə and içib.

Qeyd edək ki, 55 yaşlı Gitanas Nauseda mayda keçirilmiş prezident seçkilərində seçicilərin 66 faizinin səsini toplayaraq prezident seçilmişdi.