14 avqust 2019 11:51
75

"Linfild"in baş məşqçisi: "Qarabağ"la oyunu səbirsizliklə gözləyirik"

“Futbolçularım tapşırıqları meydanda yaxşl icra edirlər. Onlar “Qarabağ”la oyunları səbirsizliklə gözləyirlər”.

"İki sahil" Qol.az-a istinadən xəbər verir ki, bu sözləri Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan  Şimali İrlandiyanın “Linfild” klubunun baş məşqçisi Devid Hili deyib.

O, Avropa Liqasının 3-cü təsnifat mərhələsinin “Sutyeska” (Monteneqro) ilə cavab oyunundan (3:2) sonra "Qarabağ"la keçiriləcək görüşləri qısaca şərh edib:  “Növbəti həftə böyük oyunumuz olacaq. Buna görə çox şadam. Ancaq asan olmayacaq".

Qeyd edək ki, “Qarabağ” "Linfild"də avqustun 22-də səfərdə, 29-da Bakıda qarşılaşacaq.