08 may 2019 10:50
373

Leonardo da Vinçinin hazırladığı 23 qayda

Bununla o, psixoloji olaraq beyni və ruhu boyaların köməkliyi ilə necə təmizləmək lazım olduğunu qeyd edib

Yorulmusan- Çiçək şəkli çək.

Əsəbisən- Düz xətt çək.

Ağrıyırsan- Plastilindən fiqur düzəlt.

Darıxırsan- Vərəqdə rəngbərəng fərqli güllər çək.

Kədərlisən- Göy qurşağı çək.

Qorxursan- Makrame hör və ya parçalardan müxtəlif formalar hazırla.

Həyəcan hiss edirsən- Motanka gəlinciyi hazırla.

Qəzəblisən- Kağızı kiçik hissələrə cır.

Narahatsan- Oriqami hazırla.

Qəmginsən- Naxış çək.

Xatırlamaq istəyirsən- Labirint çək.

Məyussan- Hansısa şəklin eynisini çək.

Ümidini itirmisən- Yol şəkli çək.

Nəyisə anlamaq istəyirsən- Mandal formaları çək.

Gücünü tez bərpa etmək istəyirsən- Peyzaj çək.

Vəziyyəti yadda saxlamaq istəyirsən- Rəngli ləkələr çək.

Fikirlərini sistemləşdirmək istəyirsən- Kvadrat rəsmi çək.

Özünü və arzularını aydınlaşdırmaq istəyirsən- Kollaj düzəlt.

Fikrini düşüncələrinə cəmləmək istəyirsən- Nöqtələrlə şəkil çək.

Vəziyyətdən ən yaxşı çıxış yolu tapmaq istəyirsən- Dalğa və dairə çək.

Bir nöqtədə qaldığını və irəliləmək lazım olduğunu düşünürsən- Spiral şəkli çək.

Fikrini hədəflərinə cəmləmək istəyirsən- Tor və hədəf lövhəsi çək.

Röya Rasimqızı, “İki sahil”