02 dekabr 2019 19:10
86

Lənkəranda təşviqat işləri yüksək əhval-ruhiyyədə

Ayın 23-də ölkəmizdə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatı Seçki Məcəlləsinə uyğun olaraq öz işini uğurla davam etdirir. Təbliğat və təşviqat prosesinə start verilən gündən başlayaraq rayon təşkilatı namizədlərin müdafiəsi məqsədi ilə təşviqat işlərinə başlayıblar namizədlərin şəkillərini və digər materialları lövhələrə yapışdırıblar.

YAP Lənkəran rayon təşkilatından verilən məlumata görə, rayon üzrə mövcud 34 yerli bələdiyyəyə 73 saylı Lənkəran şəhər Seçki Dairəsi üzrə 48, 74 saylı Lənkəran kənd Seçki Dairəsi üzrə 131, 75 saylı Lənkəran-Masallı Seçki Dairəsi üzrə 97 və 76 saylı Lənkəran-Astara Seçki Dairələri üzrə 78 namizəd olmaqla ümumilikdə 354 nəfərin namizədliyi irəli sürülüb. Onların 30 faizə yaxınını gənclər, 40 faizi isə qadınlar təşkil edir.

Taleh Bağırov, “İki sahil”