09 avqust 2019 21:12
365

Ledi Qaqa plagiata görə məhkəməyə verilib

Mahnılar müəllifi Stiv Ronsen məhkəmədə müğənni Ledi Qaqa barəsində məbləği milyon dollarlarla ölçülən iddia qaldırıb.

AZƏRTAC “Qazeta.Ru”ya istinadla xəbər verir ki, bu barədə “Page Six” yazıb.

Ronsen bildirib ki, “Ulduz doğulub” filminin saundtrekinə daxil edilən “Shallow” mahnısının melodiyası ona məxsusdur. Bəstəkarın fikrincə, Qaqa bu melodiyanı onun 2012-ci ildə yazdığı “Almost” mahnısından əxz edib.

Ronsen peşəkar ekspertizanın nəticələrini iddia ərizəsinə qoşub. Müğənninin nümayəndələrinin fikrincə, göstərilən səslərin ahəngi pop-musiqi üçün orijinal deyil. Ronsen sadəcə Ledi Qaqanın hesabına pul qazanmaq istəyir.