22 oktyabr 2019 14:27
130

Lavrovun nazirlər görüşünə qatılması ehtimalı azdır

Azərbaycanın xarici işlər nazirinin müavini Ramiz Həsənov hesab edir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qoşulmama Hərəkatının Bakıda keçiriləcək Sammiti çərçivəsində nazirlər görüşündə iştirak etmək ehtimalı azdır.

“Daha əvvəl S.Lavrovun Qoşulmama Hərəkatının nazirlər görüşündə iştirak edəcəyi planlaşdırılırdı. Görünür, onun səfəri baş tutmayacaq. Çünki bu günlərdə, 23-24 oktyabr tarixlərində Soçidə Rusiya-Afrika sammiti keçiriləcək”, - deyə mətbuat konfransında R.Həsənov jurnalistlərə bildirib.

Qeyd edək ki, Qoşulmama Hərəkatının Sammiti oktyabrın 25-26-da Bakıda keçiriləcək.