11 noyabr 2019 17:00
898

Lavrovdan İrəvanda Qarabağla bağlı ŞOK AÇIQLAMA

“Dağlıq Qarabağ münaqişəsinin nizama salınması region əhalisinin razılığı olmadan mümkün deyil”

Publika.az “aysor” saytına istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanda həmkarı Zoqrab Mnatsakanyanla birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu ümumi razılıq olacağı təqdirdə prosesi irəliyə doğru apara bilər.

“Hamıya məlumdur ki, Dağlıq Qarabağ xalqının razılığı olmadan heç bir sövdələşməni rəsmiləşdirmək mümkün deyil, Ermənistan bunu imzalamayacaq”, - deyə Ermənistan mediası Lavrovun çıxışını bu cür təqdim edib.

Lavrovun bu sözləri münaqişənin beynəlxalq hüquqa əsasən ərazi bütövlüyü çərçivəsində həllinə qarşıdır. Bir müddət öncə onun Ermənistan mediasına müsahibəsində “öz müqəddəratını təyin etmə” prinsipini xüsusi vurğulaması bu baxımdan diqqət çəkir. Hərçənd, Ermənistan mediasının fikirləri kontekstdən çıxarma ehtimalı da var.