18 yanvar 2021 14:55
289

Lavrov: Rusiya sülhməramlılarının mandatı məsələsi həll olunur

Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin mandatı məsələsi həll olunur.

“İki sahil” xəbər verir ki, bu barədə bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu məsələ Rusiya, Azərbaycan və Ermənistan üçtərəfli razılaşmasının predmeti olmalıdır.

Lavrov qeyd edib ki, Dağlıq Qarabağın statusu məsələsi 9 noyabr üçtərəfli bəyanatında qeyd olunmayıb. Bu, şüurlu şəkildə edilib.

Onun sözlərinə görə, Rusiya sülhməramlı qüvvələrin yerləşdirildiyi ərazi Rusiya sülhməramlı kontingentinin cavabdehliyində olan zonadır: “Bakı və İrəvanla təmaslarımızda məhz bundan çıxış edirik. Dağlıq Qarabağın statusu məsələsi ziddiyyətlidir. Üç lider tərəfindən qərar verilib ki, bu məsələ bir tərəfə qoyulsun, sonraya, gələcəyə saxlanılsın, bununla o cümlədən ATƏT-in Minsk Qrupu həmsədrləri məşğul olmalıdırlar”