Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
24 oktyabr 2020 15:00
312

Latviya portalında Ermənistanın son hərbi təxribatları barədə məqalə dərc edilib

Latviyanın “press.lv” xəbər portalında Azərbaycanın bu ölkədəki səfiri Cavanşir Axundovun “Biz öz torpaqlarımızı geri qaytaracağıq” sərlövhəli müsahibəsi dərc olunub.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, səfir müsahibəsində Qarabağın Azərbaycanın tarixi torpağı olması, Dağlıq Qarabağ və ətraf rayonların 30 ilə yaxın müddətdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılması, münaqişənin sülh yolu ilə həlli istiqamətində görülmüş işlər, Ermənistan tərəfinin atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum tədbirləri həyata keçirməsi haqqında danışıb.

Diplomat Ermənistan tərəfinin münaqişə və hərbi əməliyyatlar ilə bağlı yaydığı saxta məlumatların ifşa olunmasının zəruriliyi, rəsmi İrəvan tərəfindən beynəlxalq humanitar hüququn dəfələrlə kobud şəkildə pozularaq Dağlıq Qarabağ regionundan kənarda yerləşən şəhər və rayonlarımızı dinc əhalini hədəfə alması, eləcə də Azərbaycan tərəfinin haqlı mövqeyi barədə məlumat verib.