Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
16 oktyabr 2020 20:34
418

Kriştianu Ronaldu: Protokolu pozmamışam

"Ailəm evin başqa bir mərtəbəsində qalır, bir-birimizlə əlaqə qurmuruq. Protokola hörmət edirəm. Deyilənlər yalandır, protokolu pozmamışam".

"İki sahil" "Report"-a istinadən xəbər verir ki, bu fikirləri koronavirusa yoluxan İtaliyanın "Yuventus" klubunun və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu "Football Italia" nəşrinə açıqlamasında deyib.

35 yaşlı hücumçu İtaliyaya xüsusi təyyarə ilə qayıtdığını söyləyib. Ronaldu hətta Turində də heç kimlə əlaqə qurmadığını vurğulayıb.

Qeyd edək ki, oktyabrın 13-də Kriştianu Ronalduda koronavirus aşkarlanıb. Təcrübəli oyunçu A Seriyasının növbəti turunun "Krotone" (17 oktyabr) və UEFA Çempionlar Liqasının qrup mərhələsində Ukraynanın "Dinamo" (Kiyev) komandaları ilə görüşlərində iştirak edə bilməyəcək.