16 aprel 2019 10:34
171

“Kral” meyvəsinin faydaları

Liçi meyvəsi son zamanlarda məşhur olmağa başlayan tropik meyvələrdən biridir. Pəhriz mütəxəssisləri şirin üzüm kimi təsvir edə biləcəyimiz liçi meyvələrinin keçmiş zamanlarda xalqdan vergi olaraq yığıldığı üçün kral meyvəsi olaraq da bilindiyini deyib.

Liçi meyvəsi təxminən 3 santimetr ölçüsündə, çəhrayı qabıqlı və isti iqlimlərin əvəzsiz meyvəsidir. Bu meyvə liçi ağacında salxım formasında yetişdirilir.

Tropik meyvələr arasında dadı və iştahaçan rəngi ilə fərqlənən liçi meyvəsi Çində yetişdirilir. Sərt xarici qabığı, zəngin daxili toxuması ilə liçi meyvəsi, tərkibində bir çox mineral və vitaminlər sayəsində real sağlamlıq vasitəsidir. Xüsusilə C vitamini ilə zəngin olan liçi meyvəsi gündə 9 ədəd yeməklə gündəlik C vitamini ehtiyacını təmin edə bilər. Onun tərkibi sadəcə bunlarla məhdud deyil. Kalsium, selenium, mis, fosfat və maqnezium mənbəyi olan liçi eyni zamanda, lif qaynağıdır.

Liçi meyvəsi necə yeyilir?

Tropik meyvə olması səbəbi ilə yeyilməsi ilə bağlı bir çox suallar var. Ləzzəti ilə fərqlənən liçi meyvəsi qabığı soyulub,  içərisindəki toxumlar çıxarıldıqdan sonra yeyilir. Qabığı sərtdir və asanlıqla soyula bilər. Tək yeyilməsi ilə yanaşı, şirniyyatlar, salatlar və dondurmaların tərkibinə qatılaraq da yeyilə bilər.

Liçi meyvəsinin möhtəşəm faydaları

* Lifləri sayəsində həzm sisteminin fəaliyyətində fəal rol oynayır.

* C vitamini qaynağı olan liçi immunitet sistemini gücləndirməyə kömək edir. Bədənin müqavimətini artıraraq xəstəlik riskini azaldır.

* Həmçinin təbii antioksidant mənbəyi olan liçi meyvəsi qan-damar tıxanıqlığını müalicə edərək  ürək sağlamlığını qoruyur.

* Dəri üçün mühüm faydaları olan liçi meyvəsi, yalnız dərini qorumur, həm də nəmləndirir və yaşlanmasını gecikdirir.

* Tərkibindəki kalium sayəsində böyrəkləri aktivləşdirir və qanın tərkibindəki zərərli maddələrin çıxarılmasını asanlaşdırır.

* İçərisi açıq çəhrayı rəngdədirsə, bu onun təzə olduğuna işarədir. Qabığının qəhvəyi rəngdə olması meyvənin təzə olmadığını göstərir.

Röya Rasimqızı, “İki sahil”