18 avqust 2019 16:44
170

Koutinyonun yeni klubu müəyyənləşdi

"Bayern Münich" "Barcelona"nın ulduz futbolçusu Filippe Koutinyonu icarəyə götürüb.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi 2019/2020 mövsümünün sonuna kimi Münhen təmsilçisinin formasını geyinəcək.

Müqaviləyə əsasən, Almaniya nəhəngi növbəti mövsümdə braziliyalı oyunçunu heyətinə qatmaq hüququna malik olacaq.

Qeyd edək ki, Filippe Koutinyo 2018-ci ilin yanvarında "Liverpool"dan "Barcelona"ya keçib. Kataloniya təmsilçisi onun keçidi üçün 145 milyon avro ödəyib. Yarımmüdafiəçi komandanın heyətində 76 matçda meydanda olub. "Barcelona" ilə 2023-cü ilin yayına kimi müqaviləsi olan oyunçu 21 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.