Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
17 oktyabr 2020 15:23
400

Körpə bir uşaq çıxardılar, cansız bədəninə toxundum… - VİDEO

Oktyabrın 17-si gecə saatlarında Ermənistanın Gəncə şəhərini raketlə vurduğu yerdən reportaj hazırlayan jurnalistin sözləri dünya mediasında emosional başlıqlarla yayımlanıb.

"İki sahil" “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, “CNN Türk” telekanalının əməkdaşı hadisədən bir qədər sonra dağıntılar altından həlak olmuş uşağın meyitinin çıxarılmasını bu sözləri ilə ifadə edib:

“Körpə bir uşaq çıxardılar, cansız bədəninə toxundum... Qan içində idi, əli əlimə dəydi... Çox balaca idi...”