30 mart 2020 11:59
1970

Koronavirusun yeni ilkin əlaməti kəşf edilib

Yeni növ koronavirusun daha bir ilkin əlaməti kəşf edilib.

Azvision.az xəbər verir ki, Amerika Oftalmoloji Akademiyasının araşdırmasına görə, hər 30 xəstədən birində göz ağının iltihablanması, "cəhrayı göz" adlanlandırılan narahatlıq qeydə alınır.
Qeyd edək ki, yeni növ koronavirusun ən çox rast gəlinən ilkin əlamətləri qızdırma, öskürək və nəfəs çatışmamazlığıdır.