15 avqust 2020 12:12
560

Koronavirusla bağlı vəziyyət nəzarətdən çıxır

Ukraynada son sutkada koronavirusa yoluxma hallarında yeni antirekord qeydə alınıb.

AZƏRTAC Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, bu ölkədə son sutkada 1847 nəfər koronavirusa yoluxub, 33 nəfər isə dünyasını dəyişib.

Ən çox yoluxma Kiyev, Xarkov, Çerniqov və Lvov vilayətlərində qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 89 min 719 nəfərə çatıb. Virusdan ölənlərin ümumi sayı 2044 nəfərdir, 47 min 430 xəstə isə sağalaraq evə buraxılıb.

Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti avqustun 31-dək uzadılıb.