06 avqust 2020 10:46
376

Koronavirusa yoluxan həkimlərə təzminat ödənilməsi üçün təkliflər hazırlanıb

Koronavirusa yoluxduğu üçün əmək əmək qabiliyyətini müvəqqəti itirən və bu xəstəlikdən ölən tibb işçilərinə birdəfəlik təzminatın ödənilməsi nəzərdə tutulur.

İcbari Tibbi Sığorta Agentliyindən Trend-in sorğusuna cavab olaraq, bildirilib ki, Maliyyə Nazirliyi tərəfindən koronavirusa yoluxmuş tibb işçilərinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi, o cümlədən ölüm halında birdəfəlik təzminatın ödənilməsi ilə bağlı təkliflər hazırlanıb. Hazırda layihənin reallaşdırılması üçün aidiyyəti dövlət qurumları ilə müzakirələr aparılır.