Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

KÖŞƏ

Röya Rasimqızı

Koronavirusa qarşı mübarizədə Azərbaycan nümunəsi

25 sentyabr 2020 18:19
522

Məlumdur ki, bu gün dünya pandemiya ilə mübarizə aparır. Güclü iqtisadiyyatı ilə öndə olan inkişaf etmiş dövlətlər belə bu  gözəgörünməz bəla qarşısında artıq öz acizliyini etiraf edirlər. Bütün cəmiyyətin həyat tərzinin dəyişməsinə gətirib çıxaran virus artıq sərhəd tanımır. Dünya üzrə yoluxma, ölüm halları və sağalan sayındakı göstəricilər hər gün dəyişir. Sevindirici haldır ki, Azərbaycanda digər ölkələrlə müqayisədə virusa yoluxanların sayı  və onların sağalma göstəricisinə görə müsbət dinamika var. Koronovirusla mübarizədə əldə olunan uğurların səbəbi  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə  həyata keçirilən təxirəsalınmaz tədbirlərdir.

2020-ci il fevral ayında ölkədə ilk yoluxma halı qeydə alındıqdan sonra virusun törədə biləcəyi fəsadların qarşısının alınması,  virusa yoluxanların vaxtında  aşkarlanması, tibbi profilaktik tədbirlərin həyata keçirilməsi məqsədilə Nazirlər Kabineti yanında  Operativ Qərargah yaradıldı. Ölkə başçısının  dünyanın COVID-19 pandemiyası ilə üzləşdiyi bir vaxtda problemə çevik münasibəti,  qətiyyətli mövqeyi, diqqətəlayiq addımları,  risklərin  zamanında dəyərləndirilməsinə yönələn uğurlu qərarları , xalqa “Biz birlikdə güclüyük!” sosial çağırışı pandemiyanın yayılmasında  sipər  oldu, görülən tədbirlər  xalq-dövlət birliyinin virusla  mübarizədə gücünü bir daha göstərdi. Bu isə hökumət və  cəmiyyətin birgə fəaliyyətin olmasından irəli gəlir.

2020-ci ilin 19 mart tarixində Koronavirusla Mübarizəyə Dəstək Fondu dünyada ilk dəfə Azərbaycanda təsis edildi. İlkin olaraq Prezidentin ehtiyat fondundan 20 milyon manat vəsait ayrıldı. Xalqımızın milli həmrəyliyi və dəstəyi ilə fonda 100 milyon manatdan atrıq vəsait toplandı. Ölkə Prezidenti və Birinci vitse-prezident Mehriban Əliyeva 1 illik  əmək haqlarını fonda ianə etdilər. Pandemiya nəticəsində işsiz qalan vətəndaşlara birdəfəlik yadımlar edildi. Xarici ölkələrdə müvəqqəti yaşayan 15 mindən çox vətəndaşların ölkəyə təxliyəsi təmin olundu. Azərbaycan Respublikasında COVID-19 pandemiyasının geniş yayılması və törədə biləcəyi fəsadların qarşısının alınması istiqamətində zəruri tədbirlərin icrasında əhalinin sosial müdafiəsinin gücləndirilməsi dayanır. Cənab Prezidentin dediyi kimi həyata keçirilən bütün tədbirlərin əsasında iqtisadi amildən də vacib əsas insan amili dayanır. Həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə respublikamızın bütün şəhər və rayonlarında yaşayan aztəminatlı, yaşı 65-dən yuxarı tənha və kimsəsiz yaşlılara, əlillərə  sosial xidmətlər  göstərildi, humanitar aksiyalar,qanvermə aksiyaları  həyata keçirildi.

Bütün bu qabaqlayıcı tədbirlərin yaratdığı effektiv nəticələrə görə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus  Azərbaycan Prezidentinə ünvanlanmış məktubUNda pandemiyanın təsir gücünü minimallaşdırılması və virusun yayılma miqyasının məhdudlaşdırılması istiqamətində yürütdüyü siyasəti  təqdir etdiyini bildirmişdir.

Eyni zamanda,  Azərbaycan Respublikası COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırıb,30-dan artıq dövlətə  humanitar yardım göstərib. ÜST-ün Baş direktoru Azərbaycan hökumətinə və xalqına quruma göstərdiyi maliyyə dəstəyinə görə minnətdarlığını bildirmişdir.

Ölkə Prezidenti  koronavirusla (COVID-19) mübarizədə dünya birliyini daim  vahid mövqedən çıxış etməyə səsləyir. Azərbaycan Prezidentinin təşəbbüsü və sədrliyi ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, habelə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşlərinin keçirilməsi bu Hərəkata və Ümumdünya Səhiyyə Təşkilatına üzv olan  yardıma ehtiyacı olan dövlətlərə maddi yardım göstərilməsi Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş ölkə olmasının bariz nümunəsidir. Cənab Prezident videokonfransda ümumbəşəri bəlaya çevrilən bu virusa qarşı mübarizədə insanların sağlamlığının və sosial müdafiəsinin təmin edilməsinin vacibliyini vurğulamış, bütün üzv dövlətləri birgə əməkdaşlığa, qarşılıqlı dəstəyə çağırmışdır.

Təxirəsalınmaz tədbirlərin nəticəsi olaraq  müqayisəli təhlillər pandemiya ilə mübarizədə vəziyyəti qiymətləndirməyə əsas verir. İyun ayının 9-da Azərbaycan Prezidenti İlham Əl*iyev, birinci xanım Mehriban Əliyevanın birgə  iştirak etdiyi  3 modul tipli xəstəxananın açılışında demişdir: “Dünyada baş verən hadisələrə və bir çox inkişaf etmiş ölkələrdə koronavirusla bağlı acınacaqlı vəziyyətə baxdıqda bir daha görürük ki, Azərbaycan bu sahədə də öz modelini ortaya qoyub və bütün hədəflərə ardıcıllıqla, məqsədyönlü şəkildə çata bilib.Əlbəttə ki, mən bizi başqa ölkələrlə müqayisə etmək fikrində deyiləm.Ancaq dünyada hər şey müqayisə ilə deyilir. Misal üçün bu günə qədər Azərbaycanda yoluxanların sayı 8 minə qədərdir, 350 mindən çox test keçirilib və adambaşına testlərə görə birinci yerdəyik. Ancaq qonşu Ermənistanda yoluxanların sayı 13 mini ötüb və testlərin sayı bizdəkindən 5-6 dəfə azdır. Nəzərə alsaq ki, Ermənistan əhalisi Azərbaycan əhalisindən  5 dəfə azdır, mənzərə tam aydındır. Əgər mən bu gün də yüzlərlə təşəkkür məktubu alıramsa, Ermənistan rəhbərliyi yüzlərlə lənətlə dolu çağırışlar eşidir”.

Pandemiya qarşı  mübarizədə bir sıra məhdudiyyətlərin yumşalmasına baxmayaraq, ,  hər bir Azərbaycan vətəndaşı sosial məsuliyyətini dərk etməli, tətbiq edilən qaydalara riayət etməli, Prezidentin “Biz birlikdə güclüyük!” şüarı ilə xalq-dövlət tandemini daim yaşatmalıdır.

 

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?