Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
25 fevral 2020 17:41
1062

Koronavirus daha 2 ölkədə aşkarlandı

Çində ortaya çıxan yeni tip koronavirus daha iki Avropa ölkəsinə sıçrayıb.

Xorvatiyanın Baş naziri Andrey Plenkoviç ölkədə ilk koronavirus daşıyıcısının aşkarlandığını açıqlayıb.

Avstriyada isə Tirol bölgəsində 2 nəfərə yeni tip virus diaqnozu qoyulub.

Bundan başqa, Fransada 12, Almaniyada 16, İtaliyada 229, İspaniyada 2, Belçikada 1, İsveçdə 1, Finlandiyada 1 nəfərdə koronavirus aşkarlanıb. Avropa ölkələrindən ən çox İtaliyada epidemiyaya rast gəlinib. Ölkədə 7 nəfər virusdan dünyasını dəyişib. //Publika.az