20 fevral 2020 15:06
1040

Koronavirus Çindən idxalı azaltmayıb

Koronavirus təhlükəsi  Çindən Azərbaycana idxala təsir etməyib. Əskinə yanvar ayında bu ölkədən idxalın dəyəri artıb.

"İki sahil" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin ilk ayından Çindən 113 milyon 992,41 min ABŞ dolları dəyərində idxal olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26 milyon 510,58 min dollar və ya 30,32 faiz çoxdur.

Həmçinin bu ölkə ilə ticarət dövriyyəsinin həcmi 120 milyon 72,46 min ABŞ dolları olub ki, bu da əvvəlki ilin analoji göstəricisinə nisbətən 29 milyon 819,87 min dollar və ya 33,04 faiz çoxdur.