28 fevral 2020 18:07
1741

Koronavirus aşkarlanan şəxsin 23 yaşı var -  YENİLƏNİB

"Azərbaycanda koronavirusla əlaqədər Astara, Cəlilabad, Qobustanda karantin xəstəxanaları, eyni zamanda, bir çox dəstək xarakterli tibb müəssisələri fəaliyyət göstərir".

Bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva bildirib.

Onun sözlərinə görə, koronavirus aşkarlanan 1997-ci il təvəllüdlü Rusiya vətəndaşının təmasda olduğu şəxslərin aşkarlanması və karantinə alınması istiqamətində iş aparılır.

TƏBİB rəsmisi qeyd edib ki, koranavirus aşkarlanan şəxs xüsusi boks şəraitində saxlanılır.

Bundan əlavə, Y.Qarayeva qeyd edib ki, koronavirusla bağlı iki mərhələdə yoxlama aparılır: "Birinci yoxlama sərhəddə aparılır. İkinci mərhələdə şübhəli şəxs həkim yoxlanışından keçir. Müayinənin cavabına uyğun tədbirlər görülür. Xəstəxanalara lazımı avadanlıq və vasitələr göndərilib, dərman preparatları ilə təchiz olunur".