KÖŞƏ

Röya Rasimqızı

Könüllülük həm də vətənpərvərlik məktəbidir

16 yanvar 2020 19:29
3334

Prezident İlham Əliyevin  “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında”   Sərəncamında qeyd edildiyi kimi,  gənclərin fərdi inkişafına dəstək olmaq, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci il Azərbaycanda “Könüllülər ili” elan edilib.

Sənəddə o da  qeyd olunub ki, könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.

Prezident İlham Əliyev tərəfindən gənclərin könüllülük hərəkatında fəal iştirakına xüsusi diqqət yetirilir. Ötən il fevralın 1-də keçirilən Azərbaycan gənclərinin respublika toplantısında Prezident İlham Əliyev könüllülük hərəkatında gənclərin rolunu xüsusi qeyd etdərək, bundan sonra da  bu sahədə fəaliyyətin daha da genişlənməsi və bütün istiqamətləri əhatə etməsi ilə bağlı çağırış etmişdir. Prezident İlham Əliyev gənclərlə keçirdiyi görüşlərdə könüllülük fəaliyyətinə qoşulmağı, könüllü olaraq bu və digər sahələrdə çalışmağı daim  tövsiyə edib. “Könüllülər hərəkatının xüsusi əhəmiyyəti var” söyləyən cənab İlham Əliyev bildirir:  “Bu, cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir və təsadüfi deyil ki, bu sahədə gənclər öz rolunu oynayır. Könüllülər hərəkatı “ASAN xidmət”dən başladı və “ASAN xidmət”də işləyənlərin mütləq əksəriyyəti gənclərdir. Bu gün “ASAN xidmət” bizim milli intellektual, innovasiya məhsulumuzdur. Artıq bir neçə ölkə bizim köməyimizlə bu sistemi tətbiq etməyə başlayıb. “ASAN xidmət” yeni bir xidmət növüdür və təsadüfi deyil ki, vətəndaşların bəyənmə əmsalı 100 faizə yaxınlaşır”.

Bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılıb, normativ hüquqi baza təkmilləşdirilib, dövlət dəstəyi mexanizmləri formalaşdırılıb. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilib, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə edib, gənclərimizin həyat tərzinə çevrilib. Ötən il 5 dekabr - Beynəlxalq Könüllü Günü ərəfəsində Azərbaycanda ilk dəfə keçirilmiş və bütün könüllüləri əhatə etmiş “Könüllülük həftəsi” ölkəmizdə könüllülüyün yeni mərhələyə qədəm qoyduğunu və böyük potensiala malik olduğunu nümayiş etdirib.

“Könüllülər ili”  ölkəmizdə könüllülüyün inkişafında yeni mərhələnin əsasını qoyur.  Belə ki,  cəmiyyət və aidiyyəti qurumlar bu sahəyə daha böyük diqqət ayıracaqlar. Bu isə hərəkatın daha geniş vüsət almasına şərait yaradacaq. Hər bir Azərbaycan gənci könüllülük hərəkatına qoşulmala vətəndaşlıq borcunu bu fəaliyyət üzərindən yerinə yetirir.  Onlar fəal təmsilçilərimiz kimi mötəbər tədbirlərin təşkilində  iştirak edirlər. Gənclərimiz xaricdən gələn qonaqlarla ünsiyyətdə olur, onları müşayiət etməklə yanaşı, Azərbaycanımızın mədəniyyətini, tarixini, ölkəmizlə bağlı həqiqətləri təbliğ edirlər. Bu, özlüyündə böyük bir vəzifə, vətəndəaşlıq borcu, ümumilikdə gənclərimizə çağırışdır.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?