16 sentyabr 2020 11:03
298

Konqolu müdafiəçi "Fənərbaxça"da

“Fənərbaxça” növbəti transferini reallaşdırıb.

“İki sahil” klubun rəsmi saytına istinadən xəbər verir ki, Superliqa təmsilçisi “Volfsburq”un konqolu müdafiəçisi Marsel Tisserandı heyətinə qatıb.

27 yaşlı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, karyerası ərzində “Monako”, “Lans”, “Tuluza” və “İnqolştadt”da çıxış edən Tisserand 2017-ci ildən “Volfsburq”da oynayırdı.