17 yanvar 2020 13:23
735

KOBİA və GİZ arasında yeni əməkdaşlıq 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Azərbaycan üzrə direktoru Sonia Fontain ilə görüşüb.

"İki sahil" xəbər verir ki, görüşdə KOBİA və GİZ arasında kiçik və orta sahibkarlığın (KOB) inkişafı istiqamətində əməkdaşlıq, Agentliyin sahibkarlara dəstək məqsədilə reallaşdıracağı yeni tədbir və layihələrdə GİZ-in iştirakı və dəstəyi məsələləri müzakirə olunub. GİZ-in KOBİA tərəfindən yaradılmaqda olan KOB inkişaf mərkəzlərinə texniki dəstək göstərməsi, aqrar sahə və regionlarda qadın sahibkarlığın inkişafı üzrə təlimlərin təşkili, inkubator və akseleratorların inkişafının dəstəklənməsi sahələrində əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.