12 iyul 2019 11:18
82

KOB-lar Regional Mətbəx Festivalında iştirak edəcəklər

27-28 iyul tarixlərində Quba rayonunda Regional Mətbəx Festivalı keçiriləcək. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin tərəfdaşlığı ilə təşkil olunacaq festivalda Quba və ətraf rayonlarda qida, ictimai-iaşə və turizm sahələrində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlar da öz məhsul və xidmətlərini təqdim edəcəklər.

Dövlət Turizm Agentliyinin, Mədəniyyət Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin dəstəyi, Quba Destinasiya Menecmenti Təşkilatı və Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçiriləcək festivalda yerli istehsalçıların və turizm sahəsinin peşəkarlarının məhsulları nümayiş olunacaq, "Mətbəx nümunələri”, “Dadma və məhsul ərazisi” və “Yerli kənd təsərrüfatı məhsullarının satışı” adlı zonalar təşkil olunacaq.