KÖŞƏ

Müşfiq Ələsgərli
Jurnalist Həmkarlar İttifaqının sədri

Kimdir Rəşid Hacılı: siyasətçi, hüquqşünas,  yoxsa, sadəcə  maxinator?

13 sentyabr 2019 15:18
675

Keçmiş Media Huququ İnstitutunun (MHİ) rəhbəri Rəşid Hacılı Azərbaycan jurnalistlərini təhqir edib, onları bioloji varlıqlara oxşadıb. Ayıbdır, özünü hüquqşünas və təşkilat rəhbəri adlandıran bir şəxsə yaraşmayan addımdır. Təhqirə yol verirsə, deməli özü də təhqiri qəbul etməyə hazır olan biridir.

Həm də ölkə jurnalistlərini o adam təhqir edir ki, özü zaman-zaman riyakarlıqda ittiham edilib. Media adamı olduğunu elan edən bu şəxs 2013-cü ildə paralel şəkildə   rəsmən qondarma Milli Şuranın üzvlüyünü qəbul edib, siyasətə qoşulub. “Milli Şura” təmsilçisi qismində  müsahibələri var. “Siyasi fəaliyyətlə  jurnalistikanın sintezini” yaratmaq istəyib.  Amma nə siyasətdə yarıdıb, nə də media sahəsində.

“Siyasi məhbus siyahısı” məsələsində dolaşıq, müəmmalı  hərəkətlərinə görə öz cəbhədaşları tərəfindən riyakarlıqda ittiham edilib, çıxdaş edilib. “Siyasi məhbusların” hüquqlarını məhkəmə müstəvisində müdafiə etmək üçün külli miqdarda qrant vəsaitləri alıb. Amma “müdafiə etdiyi” şəxslərə siyasi partiyalara mənsubiyyətlərinə görə fərq qoyub. Öz düşərgəsinə yaxın olanları “siyasi məhbus”  sayıb, digərlərinə isə, sadə dildə desək, ögey yanaşıb. Amma bu yanaşmasını ört-basdır edə bilməyib, ifşa olunub. Bunu biz demirik, öz cəbhədaşları deyirlər. 2014-cü ildə  cəbhədaşları ilə savaşı da bu səbəbdən baş verib və media müstəvisinə çıxıb. Marağı olanlar linkə daxil olub baxa bilərlər (https://www.facebook.com/rashid.hajili/posts/4412835335552 ). Bu yazışmalardan aydın olur ki, cəbhədaşları onu riyakarlıqda, maxinasiyalarda ittiham edirlər.  Hətta irəli gedib onu hakimiyyətə işləməkdə ittiham edənlər də tapılıb. Bəziləri dəlillər gətirərək qeyd ediblər ki, Rəşid Hacılı “müdafiə etdiyi” şəxsləri təkcə siyasi partiyalara mənsubiyyətinə görə fərqləndirməyib, həm də “yuxarıdan aldığı sifarişə görə təsnifatlaşdırıb”. Cəbhədaşları MHİ rəhbərini “yuxarıya bağlayan xətt” barədə də təsəvvürlərini bölüşüblər, onun məmur qohumlarını istiqamət veriblər. Bizim bu məqamla işimiz yox. Amma görünür, MHİ rəhbəri özü belə xarakterdə olduğu üçündür ki, indi başqalarına da ləkə atır, jurnalistləri siyasi sifarişlə, məmurlardan aldıqları tapşırıqlar əsasında  işləməkdə ittiham edir, onları ələbaxan bioloji varlıqlarla müqayisə edir. “Güzgüyə baxıb adını özgəyə qoyan” bioloji varlıq haqqında misallar boşundan yaranmayıb.

Amma MHİ rəhbərinin “hakimiyyətə işləməyi” də birmənalı olmayıb. 2015-ci ildə Rəşid Hacılının rəhbərlik etdiyi Media Hüquqları İnstitutunun bank hesabına həbs qoyulub. Səbəb media hüquq müdafiəçiliyi adı altında qrantlar alınması və həmin qrantların təyinatı üzrə xərclənməməsi, hesabatlılığın düzgün qurulmamasıdır. Rəşid Hacıl “mənşəyi bilinməyən” qrantlar və “mənşəyi bilinməyən istiqamətlərə” xərcləmələr  məsələsinə aydınlıq gətirməyib. Sadəcə ölkədən çıxıb gedib.

İndi ayılıb və ağlına gəlib ki, ölkə jurnalistlərinin peşəkarlığını araşdırsın. Maraqlıdır, görən Rəşid Hacılının baxışındakı  “peşəkar jurnalistin”  meyarları nədir?

Qvami Məhəbbətoğlu
Siyasət nəhəngi
Yaqut Ağaşahqızı
Müxalifət oyununun sonu
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...