13 fevral 2020 21:48
426

Kevin Maqnussen: Vyetnam Qran-Prisi də ləğv oluna bilər

“Haas” komandasının pilotu Kevin Maqnussen Formula 1 çempionatının Çin Qran-Prisinin naməlum tarixə keçirilməsi barədə vəziyyəti şərh edib.

Əvvəlcədən Çin Qran-Prisinin aprelin 17-dən 19-dək olan dövrdə keçiriləcəyi nəzərdə tutulmuşdu. Sonradan koronavirusla əlaqədar yürüşlər qeyri-müəyyən vaxta keçirildi. Əgər Formula 1 çempionatını, yarışların promouterləri və iştirakçılarını qane edəcək tarix tapmağa nail olmasalar, o zaman Şanxay mərhələsi ləğv ediləcək.

Maqnussen istisna etmir ki, Formula 1 çempionatının Çin mərhələsinin ardınca aprelin 3-dək 5-dək keçiriləcəyi nəzərdə tutulan, tarixdə ilk olacaq Vyetnam Qran-Prisi də ləğv oluna bilər.

“Baxacağıq. Vyetnam yürüşləri təqvimdə məhz Çin Qran-Prisindən sonra gəlir. Beləliklə, biz Çin yürüşünü də izləməliyik. Əfsuslar olsun ki, mərhələni ləğv ediblər, ancaq indi bizim kiçik tətilimiz əmələ gəlib”, - deyə “GrandPX.news” pilotun sözlərindən sitat gətirir. //AZƏRTAC