15 aprel 2019 17:50
135

Kestutis Yankauskas: Yeni sazişin mətni üzərində gərgin iş gedir

"Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişin mətni üzərində gərgin iş gedir".

"Report" xəbər verir ki, bunu "Report"un sualına cavab verərkən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

“Azərbaycanla yeni saziş üzərində çalışmaların 90 faizindən çoxunun tamamlandığını deyə bilərəm. Ötən həftə hər gün danışıqların mərhələləri keçirilirdi. Məqsədimiz bu işi mümkün qədər tez başa çatdırmaqdır”, - deyən Aİ nümayəndəsi danışıqları davam etdirmək üçün Azərbaycana daha bir nümayəndə heyətinin səfər edəcəyinin gözləndiyini diqqətə çatdırıb.