26 avqust 2019 10:33
185

“Keşlə” “Sabah”ı məğlub edib - VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasında ikinci turun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Bank Respublika Arena”da “Sabah” və “Keşlə” komandaları üz-üzə gəlib.

Səbuhi Bayramovun idarə etdiyi qarşılaşma qonaq komandanın qələbəsi ilə yekunlaşıb. Yeganə qolu ilk hissənin uzatma dəqiqəsində Vüsal İsgəndərli vurub. Matçın 73-cü dəqiqəsində Sezar Meza Kolli “Keşlə”ni azlıqda qoysa da, “Sabah” say üstünlüyündən yararlana bilməyib.

Bu nəticədən sonra “Keşlə” ilk qələbəsini qazanıb.

Qeyd edək ki, ikinci turun açılış matçında “Sumqayıt” evdə “Səbail”ə böyük hesabla uduzub - 0:3.