29 iyun 2020 15:51
637

“Keşlə” klubu 5 futbolçu ilə yolları ayırdı

Bakının “Keşlə” klubu 5 futbolçu ilə yolları ayırdı.

“İki sahil” klubun rəsmi saytına istinadən xəbər verir ki, Əfran İsmayılov, Tural Bayramlı, Murad Ağayev, Lorenzo Frutos və Franko Floreslə bitən müqavilələri qarşılıqlı razılıq əsasında yeniləməyib.

"Klubumuz adından futbolçulara təşəkkür edirik və onlara gələcək karyeralarında uğurlar arzu edirik!" deyə qeyd olunub.

Qeyd edək ki, buna qədər Vüsal İsgəndərli, Ruslan Əmircanov, Tərlan Quliyev, Azər Salahlı, Con Kamara və Miyusko Boyoviçlə müqavilə müddəti artırılıb, Tural Axundov və Şəhriyar Əliyev isə komandaya transfer olunublar.

Ruslan Qurbanov, Slavik Alxasov və Cabir Əmirli isə komandanı tərk ediblər.