10 iyul 2020 13:14
901

Keşlə futbolçusu ilə müqaviləni yenilədi

Aleksandr Kristovao ilə yeni müqavilə imzalanıb

“İki sahil” klubun saytına istinadən xəbər verir ki, anqolalı hücumçu Aleksandr Kristovao ilə müqavilə müddəti uzadılıb. Müqavilənin şərtlərinə əsasən futbolçu növbəti mövsümün sonunadək komandanın uğurları üçün çıxış edəcək.

Qeyd edək ki, buna qədər Vüsal İsgəndərli, Ruslan Əmircanov, Tərlan Quliyev, Azər Salahlı, Con Kamara, Miyusko Boyoviç, Stanislav Namaşko, Rəşad Əzizli və İlkin Qırtımovla müqavilə müddəti artırılıb, Tural Axundov, Şəhriyar Əliyev, Cavid İmamverdiyev və Rəhman Hacıyev isə komandamıza transfer olunublar.