26 noyabr 2020 16:02
337

Kəlbəcərin işğaldan azad olunması tarixi qələbələrimizin davamıdır FOTO

YAP İmişli rayon təşkilatı bununla bağlı ilə tədbir keçirib

Tədbirdə YAP İmişli rayon təşkilatının aparat rəhbəri İlham Əsgərov çıxış edərək bildirib ki, Ali Baş Komandanın böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, müzəffər və yenilməz ordumuzun şücaəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və onun ətrafında monolit birliyi, Türkiyə kimi güclü qardaş dövlətin Azərbaycanın yanında olması və onun atdığı istənilən addımı müdafiə etməsi Vətən müharibəsində Azərbaycanın tam qələbəsini təmin edən həlledici amillərdir. O qələbə ki, şəhidlərimizin ruhunu şad etmişdir, o qələbə ki, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Ağdamımızı, Kəlbəcərimizi, Laçınımızı, Hadrutumuzu, Suqovuşanımızı, Şuşamızı və bütövlükdə işğal altındakı bütün ərazilərimizi öz əbədi sahibinə-Azərbaycan xalqına qaytarmışdır. Düşmən üzərindəki tam qələbəmiz Azərbaycan Ordusunun yenilməzliyini bütün dünyaya bəyan etdi. Azərbaycan son hadisələrdə göstərdiyi şücaəti, humanizmi ilə yenə də dünyada sabitliyin qorunmasındakı xoş niyyətini göstərdi. «Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir» söyləyən və bu tarixin müəllifi olan Prezident, Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, müzəffər Azərbaycan xalqı, qalib Milli Ordumuz düşmənə heç vaxt unutmayacağı zərbə vurdu.

Tədbirdə digər çıxış edənlər də 44 günlük zəfər döyüşlərindən, qürurverici qələbələrimizdən danışıblar.

Elçin Zaman, «İki sahil»