24 aprel 2019 12:37
154

Kəlbəcər ərazisində zəlzələ qeydə alınıb

Aprelin 24-də yerli vaxtla saat 11:15-də Kəlbəcər ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, Zəlzələ Gəncə seysmoloji stansiyasından 60 kilometr cənubda Kəlbəcər ərazisində 10 kilometr dərinlikdə baş verib. Maqnitudası 3,4 olan zəlzələ hiss olunmayıb.