06 iyun 2020 19:32
446

Karantin rejimini pozan 900-ə yaxın şəxs cərimələnib

Karantin rejimi tətbiq olunan vaxtdan (6 iyun saat 00.00) bu gün saat 17.00-a qədər 900-ə yaxın şəxs barəsində inzibati protokol tərtib edilib. “İki sahil” xəbər verir ki, bunu APA-ya Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib.