15 avqust 2020 12:11
451

Karantin rejimi xəstəxanalarda doluluq səviyyəsi ilə müəyyən edilmir

Xəstəxanalardakı çarpayıların doluluq səviyyəsi ilə karantin qaydaları müəyyən edilmir.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, reanimasiya və stasionar çarpayılarda xəstələrin yatma müddəti fərqli olur. Stasionar çarpayılardakı xəstələrin sağalma müddəti 5-10 gün olduğu halda, reanimasiya çarpayısında olan xəstələrin sağalma müddəti bilinmir: “Buna görə də karantinin tətbiqi üçün bir çox amillər var və qərar verilərkən də onlar nəzərə alınır”.