17 iyul 2019 17:13
148

Kanadada baş vermiş təyyarə qəzasında 3 nəfər ölüb

Kanadanın şimalındakı Labrador regionunda gölün üzərində təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfərin öldüyü, daha dörd adamın isə itkin düşdüyü bildirilir.

AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, Kanadanın bu regionunun hava şirkətinin icraçı direktoru Cen Tremblay CBC News televiziyasına müsahibəsində bildirib ki, “Havilland DHC-2 Beaver” üzən təyyarəsində texniki nasazlıq baş verib və o, Mistastin gölünə düşüb. Təyyarənin göyərtəsində bir pilot, dörd sərnişin və bələdiyyəçi balıqçılar olublar. O əlavə edib ki, təyyarə balıqçı qəsəbəsindən havaya qalxıb və pilot düşərgə qurmaq üçün gölün sahilinə enmək istəyib. Axtarışlardan sonra pilotun və daha iki nəfərin cəsədləri göldən çıxarılıb. Qalan dörd nəfərin axtarışları davam edir.