03 iyun 2020 14:31
493

Kaktuslar və kompyuter şüalanması

Mif: "Kaktuslar hər cür cihazdan, xüsusilə də kompyuterdən yayılan radiasiyanın qarşısını alır. Buna görə kompyuterlərin yanında kaktus saxlanılmalıdır."

Həqiqət: Kaktusların digər hər hansı bir cisimdən daha çox radiasiya udduğunu göstərən heç bir elmi məlumat yoxdur. Bu mövzunun hələ də bir mif olmama ehtimalı varsa da aşağıda verəcəyimiz məlumatlar nəzərə alındığında mövzunun bir mif olma ehtimalı olmama ehtimalından çox daha yüksək görünür.

Bu mif 1980-ci illərdə İsveçrənin Chardonne şəhərində olan Geobiologiya institutunda edilən bir müşahidəyə əsaslanır. Bu institutda işləyən və uzun saatlarını kompyuterlər qarşısında keçirən mütəxəssislər baş ağrısı və həddindən artıq yorğunluq keçirirlər. Laboratoriyalara kaktusların alınmasından sonra bu halların azaldığı müşahidə edilir. Bu məlumatın yayılması ilə qlobal ölçüdə olmasa da xüsusilə Şərqi Avropa ölkələrində kaktusların radiasiyanı udduğu və qoruyucu bir qalxan funksiyası yerinə yetirdiyi iddiası yayılmışdı. Qərb Avropa və ABŞ-dakı bir çox kaktus istehsalçısı və mütəxəssisinin belə bir mifdən xəbəri belə yoxdur.

Əvvəllər mövcud ekranlardan daha çox miqdarda radiasiya istifadəçiyə də təsir edəcək şəkildə ətrafa yayılardı. Bunun qarşısını almaq məqsədiylə "ekran qoruyucu panellər"dən  istifadə edilərdi. Ancaq günümüzdəki LCD və LED ekranlarda belə bir radiasiyaya səbəb ola biləcək heç bir reaksiya yoxdur. Bu monitorlarda görüntü bildiyimiz "kiçik lampalar" (LED: Light Emitting Diode = İşıq yayan diod) ilə yaradılar. Bu günkü kompyuterlərdən yayılan radiasiya əhəmiyyət verilməyəcək qədər kiçikdir və təhdid edici ölçüyə çatacaq qədər kompyuterdə işləmək demək olar ki, qeyri-mümkündür. Bu səbəbdən kaktuslar həqiqətən radiasiyanı udacaq xüsusi bir qabiliyyətə sahib olsalar belə bunu bugünkü kompyuterlərə qarşı istifadə etmək mənasız və gərəksizdir.

Kaktusların radiasiyaya qarşı əlavə qoruma təmin etdiyi iddiası içlərindəki yüksək su nisbətiylə də əlaqələndirilir. Su yaxşı bir radiasiya saxlayıcı kimyəvi maddə olduğu üçün kaktusların da qismən daha çox fayda verəcəyi iddia edilmişdir. Daha əvvəl də izah etdiyimiz kimi bunun doğru olma ehtimalı olsa da, bununla bağlı hər hansı bir elmi məlumat yoxdur. Ayrıca içlərindəki su miqdarına görə bitkiləri sıralayacaq olsaq, 94% ilə pomidor, 92% ilə qarpız, 91% ilə , 90% ilə qovun, 88% ilə şaftalı, 87% ilə ananas, portağal və böyürtkən, kaktusların ümumi ortalaması olan 85% su nisbətindən daha çox suya malikdir. Ayrıca yuxarıda izah etdiyimiz kimi hər cisimin radiasiya saxlayıcı olduğunu düşünsək, mütləq radiasiyadan qorunmaq istəyirsinizsə, ekranınızın önünə hər hansı bir şey, xüsusilə də pomidor ya da qarpız qoymanızı tövsiyə edə bilərik. Ekranınız radiasiya saçmasa da, xoş bir masa bəzəyi ola bilər.

Röya Rasimqızı,

“İki sahil”