15 avqust 2020 11:25
1368

Kafe və restoranlarda bir masa arxasında neçə nəfər otura bilər?

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində elan edilmiş sərtləşdirilmiş karantin rejimində dəyişiklik haqqında qərar qəbul edib.

"İki sahil" “Report”a istinadən xəbər verir ki, həmin rayonlarının ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evlərində qəlyan avadanlıqlarından istifadə və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq qadağan edilib.