12 fevral 2019 19:28
179

Jurnalistlərin 3-cü binasında işlər sürətlə gedir

2017-ci ildə jurnalistlər üçün təməli qoyulan 3-cü binanın tikintisi sürətlə davam etdirilir.

Modern.az xəbər verir ki, binanın artıq 14-cü mərtəbəsinin karkasları qurulub, 6-cı mərtəbəyədək divarlar hörülüb.

Qeyd edək ki, 16 mərtəbəli, 2 giriş blokundan ibarət yaşayış binasında 255 mənzil olacaq. Binanın 2020-ci ilin iyul ayında jurnalistlərin istifadəsinə veriləcəyi gözlənilir.