14 noyabr 2019 16:09
203

Janna Friskenin əri biznes-ledi ilə toya hazırlaşır

Dörd il əvvəl xərçəngdən dünyasını dəyişən Rusiyanın estrada ulduzu Janna Friskenin həyat yoldaşı evlənir.

"İki sahil" "Qafqazinfo"ya istinadən xəbər verir ki, sənətçinin əri, aparıcı Dmitri Şepelev sevgilisi Yekaterina Tulupovaya evlilik təklifi edib.

Bu ilin əvvəlindən bir evdə yaşayan cütlüyün nişanı bir neçə gün öncə baş tutub. Qeyd olunub ki, Şepelevin Friskedən olan 6 yaşlı oğlu Platon və Yekaterinanın birinci evliliyindən dünyaya gələn qızı Lada cütlüklə eyni mənzili bölüşür.

Onların böyük toy mərasimi keçirmək niyyətində olmadıqları deyilir.